Kiçik və orta biznesin inkişafı üçün kreditlərin verilməsi üçün ilk növbədə müştəri İKA-ya aşağıdakı sənədləri təqdim etməlidir:
- Kredit Sifarişi (Forma №4 (hüquqi şəxslər üçün kredit sifarişi forması));
- Kredit təyinatı üzrə kredit müddətinə uyğun Biznes Plan;
- Təşkilatın Nizamnaməsi (Notarial qaydada təsdiqlənmiş surəti);
- Dövlət reyestrindən çıxarış (Notarial qaydada təsdiqlənmiş surəti);
- Müəssisənin əmlakı barədə arayış;
- VÖEN-i;
- Təşkilatın rəhbərinin vəzifəyə təyin olunması haqqında təsisçilərin qərarı;
- Bir illik vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi;
- Girov qoyulan əmlaklarla bağlı müvafiq sənədlər;
“İKA” tərəfindən Kiçik və orta biznesin inkişafı üçün kreditlər aşağıdakı şərtlər əsasında verilir:
- İllik faiz dərəcəsi – 25 %-dək;
- Muddəti – 12-36 ay;
- Ödəmə – aylıq bərabər hisssələrlə (annuitet) və ya azalan balansla;
- Kreditin məbləği – 25 000 manatadək kredit verilə bilər;
- Kiçik və orta biznesin inkişafı üçün kreditlər Azərbaycan Respublikasinın rezidentlərinə verilir;
- Kredit rəsmiləşdirilməsinə görə 1.5 % xidmət haqqı nəzərdə tutulur
- Təqdim olunan daşınmaz əmlakın sığortalanmasına görə 0.4 % sığorta haqqı tutulur.
Daha ətraflı məlumat almaq üçün “əlaqə” bölməsində bizim baş ofisə müraciət edə bilərsiniz və ya tələb olunan sənədləri skan edib bizim elektron mail ünvanımıza göndərə bilərsiniz. Müraciətivizə 5 (beş) iş günü ərzində baxılaraq Sizə məlumat veriləcək.