Kredit İttifaqlarının kreditləşməsi

Kredit İttifaqının (Kİ) yaradılması və fəaliyyəti “Kredit İttifaqları haqqında Azərbaycan Respublikasının Qanunu” və AMB-nın müəyyən etdiyi prudensial normalarla tənzimlənir.  Kİ İKA-dan borc almaq üçün onun parametrlərinə üyğun olmalıdır.

 İKA-dan ilk dəfə kredit alan Kredit İttifaqları üçün 

  • İH sədrinin, Baş mühasibin və İH-nin üzvlərinin ali təhsilini təsdiq edən sənədlərin surəti,
  • Nizamnamənin surəti,
  • Təsis Müqaviləsinin surəti,
  • Təsis Protokolu surəti,
  • İdarə Heyəti və üzvlərin imza nümunələri,
  • Kredit İttifaqının VÖEN-inin surəti,
  • Kredit İttifaqının lisenziyasının surəti
  • Müvafiq Dövlət orqanlarından qeydiyyat Şəhadətnaməsinin surəti,
  • Bankın adı və Bankın Hesab Nömrəsi,

 Eyni zamanda:

  • Son müraciətdən sonra hər hansı dəyişiklik varsa, Kİ üzvlərinin yeniləşdirilmiş siyahısı,
  • Mənfəət/Zərər hesabatı, Balans və nəğd pul dövriyyəsi,
  • Kİ üçün doldurulmuş kredit müraciət forması,
  • İdarə Heyəti tərəfindən təsdiq olunmuş üzvlər üçün kredit müraciət forması,
  • İdarə Heyətinə Kredit Komitəsinin təklifi,

Kredit şərtləri:

Kİ-yə verilmiş bütün kreditlər təyinatından asılı olmayaraq təminatlı olmalıdır.

Kİ-lərə verilən kreditlər 150.000 manatadək, illik 10%-lə* 36 ay müddətinədək verilir.

Kredit verilməsində Kİ-dən 0.5% bank xərci, 1% qiymətləndirmə və 0.4%** girovun siğortalanması üçün haqq tutulur

 *(faiz Mərkəzi Bankin son alti aylıq hərrac kursundan asılı olaraq dəyişə bilər)

 **(Qoyulan girov torpaq istisna olmaqla)

Daha ətraflı məlumat almaq üçün “əlaqə” bölməsində bizim baş ofisə müraciət edə bilərsiniz və ya tələb olunan sənədləri skan edib bizim elektron mail ünvanımıza göndərə bilərsiniz. Müraciətivizə 5 (beş) iş günü ərzində baxılaraq Sizə məlumat veriləcək.


Leave a Reply

Onlayn sifarişi

Axtarış

Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt  kalkulyatoru

 Kalkulyatora daxil ol