Birgə Borclu (BB) qruplarının kreditləşməsi

grup

Birgə Borclu (BB) qrupları kreditləşməsi:

Kənd Kredit Qrupları Kənd təsərrüfatı ilə məşğul olan və kənd yerlərində aimi qeydiyyatı olan Azərbaycan Respublikasının vətəndaşlarından ibarət həmrəy birgə borclananlar sayılır. Qrup üzvləri bir-birlərini yaxşı tanımalı, eyni kənddə və ya yaxınlıqda yerləşən qonşu kəndlərdə ( Qonşu kəndlər dedikdə bir-birinə sərhəd kəndlər nəzərdə tutulur.) yaşamalıdırlar.
Kreditin məqsədi Kənd təsərrüfatının genişləndirilməsi: Əsas vəsaitlərin (avadanlıqların, balıq, barama qurdu, arı, iri və xırda buynuzlu və digər heyvanların alınması, torpaq sahələrinin alınması tövlə və anbar tikintisi və s.) və dövriyyə vəsaitlərinin  (toxum, qida, dərman, yanacaq alınması, avadanlığın kirayə haqqı və s.) artırılmasıdır.
Yaş həddi 21 yaşa çatan və kreditin son ödəniş tarixinə kişilərdə 75 yaşı, qadınlarda 70 yaşı keçməmək şərti ilə. İş təcrübəsi təsərrüfat sahəsində ən azı 1-il.
Tələb olunan sənədlər Şəxsiyyəti təsdiq edən sənəd (sifarişçilərin və həyat yoldaşlarının), torpaq sahəsinə dair hüquq verici sənəd və ya icarə müqaviləsi (əgər varsa), əmək haqqı və ya digər rəsmi gəliri barədə arayış (əgər varsa).
Kənd təsərrüfatı sahələri əkinçili, heyvandarlıq, bostançılıq, bağçılıq, arıçılıq, tütnçülük, balıqçılıq, pambıqçılıq və s.
Kreditin məbləği Kreditin aylıq ödənişi sifarişçinin (ailə üzrə) bölüşdürülməmiş mənfəətin 65%-dən artıq olmamalı, veriləcək kreditin və ailənin ümumi kredit öhdəliyinin cəmi xüsusi kapitaldan çox olmamalıdır.
Faiz dərəcəsi
  • İlk kredit alan qruplar üçün: FIFD 25%-ə dək
  • Təkrar kredit alan qruplar üçün: FIFD 24%-dək
Qrup üzvlərinin sayı Minimum 4 (dörd), kamsimum 8 (səkkiz) nəfər; Qrup üzvləri arasında yaxın qohumluq əlaqəsi olmamalıdır. Qrup daxilində II-ci dərəcəli qohumluq əlaqəsi olan üzvlərin sayı ümumi qrup əlaqələri statusunun 50%-dən çox olmamalıdır.
Yaxım qohumluq əlaqəsi ər/arvad, valideyin, o cümlədən ərin/arvadın valideyni, babası, nənəsi qardaşı və bacısı başa düşülür.
Əlavə şərtlər Qrup üzvlərin 50%-nin rəsmi gəliri olmalıdır.
*Bu Kreditlərin şərtləri “İcraçı Kredit Agentliyi” BOKT-ının “Kənd Kredit Qrupları üzrə kredit sifarişlərinə baxılması və verilməsi” barəsində təlimatla tənzimlənir.

Leave a Reply

Onlayn sifarişi

Axtarış

Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt  kalkulyatoru

 Kalkulyatora daxil ol