İdarə Heyəti

pages-11-photo


Əliyev Arif Lütvəli oğlu

İdarə Heyətinin  Sədri – ali təhsillidir: 1977-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib, ixtisasca iqtisadçıdır. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. Əvvəllər taxıl və yeyinti sənayesi kompleksinin idarə olunması sistemində müxtəlif məsul vəzifələrdə işləmişdir. May 2000-ci il tarixdən iyul 2010-cu il tarixədək Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası (Dünya Bankı) arasında bağlanmış Kredit Sazişlərinə müvafiq olaraq həyata keçirilmiş «Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi» və “İkinci Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi” layihələrinin maliyyə meneceri vəzifəsində işləyib, 2010-cu il tarixdən hal-hazıradək İKA-nın İdarə Heyətinin sədri vəzifəsində çalışır.

Əlaqə saxlamaq üçün:  e-mail: aaliyev@ia-az.net

Verdiyev Siyavuş Səyyaf oğlu

İdarə Heyətinin üzvü- Hüquq məsləhətçisi — ali təhsilli hüquqşünasdir: 1993-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1997-2000-ci illərdə Aqrar Sənaye Bankında, 2000-2007-ci illərdə Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyində hüquqşünas vəzifələrində işləyib. Dekabr 2010-cu ildən təşkilatda hüquq məsləhətçisi vəzifəsində çalışır.

Cəlilov Samir Fəxrəddin oğlu

İdarə Heyətinin üzvü —Monitorinq və risklərin idarəolunması üzrə Menecer –  ali təhsillidir: 1997-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını “Beynəlxalq iqtisadi əlaqələr” ixtisası üzrə bitirib.1994-1995-ci illərdə bank sistemində işləyib, may 2007-ci ildə müsabiqə yolu ilə təşkilata tədqiqatlar və problemli kreditlər üzrə mütəxəssis vəzifəsinə təyin olunub. Tutduğu vəzifədə yanvar 2011-ci ildən çalışır.


Leave a Reply

Onlayn sifarişi

Axtarış

Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt  kalkulyatoru

 Kalkulyatora daxil ol