“İcraçı Kre­dit Agentliyi” BOKT-ın Agent statusu bir daha təsdiq olundu.

“İcraçı Kre­dit Agentliyi” BOKT-ın Agent statusu bir daha təsdiq olundu.

Category : Press reliz

Məlum olduğu kimi, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən “İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatına (İKA MMC) qarşı qaldırılmış iddia (müflis elan olunması tələbi) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmış və 01.12.2016-cı il tarixdə qəbul olunmuş qətnamə ilə iddia tələbi təmin edilməmişdir.

Dövlət Xidməti tərəfindən Qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya məhkəməsinin 30.11.2017-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir.

Habelə, Dövlət Xidməti tərəfindən Apellyasiya məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsində baxılaraq 19.04.2018-ci il tarixli qərarı ilə rədd edilmişdir.

Odur ki, İKA MMC BOKT mövcud qanunvericilik çərçivəsində fəaliyyətini və müştərilərə xidmət göstərməyini davam edir.


Onlayn sifarişi

Axtarış

Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt  kalkulyatoru

 Kalkulyatora daxil ol