“İcraçı Kredit Agentliyi” BOKT-ın Agent statusu bir daha təsdiq olundu.
Category : Press reliz
Məlumat üçün bildiririk ki, Kənd Təsərrüfatı Nazirliyiyanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən “İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatına (İKA MMC) qarşı qaldırılmış iddia (müflis elan olunması tələbi) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən01.12.2016-cı il tarixdə qəbul olunmuş qətnamə ilə təmin edilməmişdir.
Belə ki, məhkəməyə təqdim edilmiş sənəd və materiallarda icra olunmuş layihə çərçivəsində İKA MMC-nin agent statusuna malik olduğu bir daha təsdiqlənmişdir.
Odur ki, İKA MMC mövcud qanun vericilik çərçivəsində fəaliyyətini və müştərilərə göstərdiyi xidməti davam etdirir.